Şuşada  ilk yaşandı   - “Natəvan” operası təqdim edildi -  FOTO
11 may 2023 18:48 (UTC +04:00)

Şuşada ilk yaşandı - “Natəvan” operası təqdim edildi - FOTO

“Xarıbülbül” Beynəlxalq Musiqi Fesitvalının sonuncu günündə ilk yaşanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Cıdır düzü Vasif Adıgözəlovun “Natəvan” operasının sədalarına bürünüb.

Qeyd edək ki, Qarabağ xanının qızı, Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın həyat və yaradıcılığına, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə həsr olunan opera Şuşada ilk dəfə nümayiş olunub.

Səhnədə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının artistləri yer alıb. Drijor isə Xalq artisti, operanın müəllifinin oğlu Yalçın Adıgözəlov olub.

# 1356
avatar

Oxşar yazılar