Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib
13 may 2023 15:44 (UTC +04:00)

Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib

Əməkdar artist, tarzən Sahib Paşazadə Beynəlxalq Muğam Mərkəzinə direktor təyin edilib.

Lent.az APA-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.

Sahib Paşazadə Azərbaycan Respublikasının “Tərəqqi” medalı laureatı, 1998-ci ildə Respublikam muğam müsabiqəsinin laureatıdır, Azərbaycan Milli Konservatoriyasının dosentidir.

Azərbaycanda və ölkədən kənarda təşkil olunan çoxsaylı konsertlərdə, festivallarda solo və müğam üçlüyü tərkibində çıxışlar edib, beynəlxalq müsabiqələr laureatıdır.

# 1677
avatar

Oxşar yazılar