Rasim Balayevə  yüksək məbləğdə   qrant verildi
26 may 2023 16:05 (UTC +04:00)

Rasim Balayevə yüksək məbləğdə qrant verildi

Bu gün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Lent.az-ın xəbərinə görə, qrant alanlar arasında Azərbaycan Kinematoqrafçılar İttifaqı İctimai Birliyinin sədri Xalq artisti Rasim Balayev də var.

O “Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz” adlı layihə müsabiqənin qalibi olub. Rasim Balayevin rəhbəri olduğu layihənin icrasına 28 500 manat  ayrılıb.

# 4509
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar