Münasibətlərin mürəkkəb dünyasını daha yaxşı anlamaq istəyirsiniz? Bu romantik filmlər sevgiyə fərqli baxmağa və özünüzü daha yaxşı tanımağa ilham verəcək.
Lent.az ürəyi və ruhu isidən filmləri təqdim edir.
"Sevgi ilə xəbərdarlıq"
Gənc hüquqşünas Lüsi rəhbəri Corcun onu şəxsi köməkçisi kimi istifadə etməsindən yorulub. İşdən çıxmağa qərar verir, lakin iki həftəlik xəbərdarlıq müddətini işləməli olur. Və məhz bu zaman qəhrəmanlar anlayırlar ki, onların arasında təkcə iş münasibətləri deyil, daha dərin hisslər var.
"Harri Salli ilə tanış olanda"
Klassik romantik hekayə, kişi ilə qadın arasında dostluğun mümkün olub-olmadığını araşdırır. Harri və Salli ilk görüşdən sonra həyatda bir neçə dəfə yollarını kəsişir. Onlar münasibətlərini müzakirə edir və tədricən bir-birlərinə olan hisslərini başa düşürlər.
"Sevgi və digər çətinliklər"
Romantik komediya ekspert Paulanın əhvalatından bəhs edir. Onu, evdən ayrılmaq istəməyən oğluna kömək etmək üçün valideynlər işə götürür. Sonda qızın qeyri-adi “müalicə” metodu bir sıra gülməli situasiyalara və gözlənilməz hisslərə səbəb olur.
"Mükəmməl görüş"
Kollecə pul toplamaq üçün məktəbli Bruks bir tətbiq yaradır, burada istənilən şəxs onu saxta sevgili kimi icarəyə götürə bilər. Lakin bu macəra tədricən oğlanı həyat haqqında ciddi düşünməyə vadar edir.
"Söz vermək – hələ evlənmək deyil"
Amerika melodramı yeni sevgini tapmaqdan bəhs edir. Film Baltimordan olan dostlar qrupunun müasir münasibətlərin mürəkkəbliyini anlamağa çalışmasından danışır.
"Amerika tərzində boşanma"
Mübahisədən sonra Qeri və Bruk ayrılmağa qərar verirlər, lakin heç biri ümumi mənzili tərk etmək istəmir. Bu isə onların arasında emosional qarşıdurmalara səbəb olur və cütlük münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur qalır.