Nəsibə Zeynalovanı səsləndirən kişi kim idi?  - Öz səsini tanımadı
10 iyun 2023 12:06 (UTC +04:00)

Nəsibə Zeynalovanı səsləndirən kişi kim idi? - Öz səsini tanımadı

Bu hadisə Azərbaycan kino tarixinə ən maraqlı dublyaj hadisəsi kimi düşüb.

Lent.az xəbər verir ki, 1996-cı ildə İsi Məlikzadənin ssenarisi əsasında rejissor Ələkbər Muradov tərəfindən çəkilişləri başlamış “Güllələnmə təxirə salınır” filmi maliyyə problemlərinə görə yarımçıq qalır.

Çünki filmin sponsoru olan özəl şirkət iflasa uğrayır deyə çəkilişlər dayandırılır.

2001-ci ildə Mədəniyyət Nazirliyi yarımçıq qalmış ekran işinin başa çatdırılmasına qərar verir və filmi minimal büdcə ilə 2004-cü ildə çəkib qurtarırlar.

Filmin montajı və dublyajı prosesində Xalq artisti, baş rollardan birini ifa etmiş Nəsibə Zeynalova ağır xəstələndiyi üçün öz rolunu səsləndirə bilmir, beləliklə də işi yarımçıq qalır. Lakin heç kəs onun səs tembrini başqa səslə əvəzləmək istəmirdi. Buna görə də onun yerinə parodiyaçı tapmağa qərar verirlər. Bu işi öhdəsinə şoumen və aktyor Qorxmaz Əlili götürür.

O, Xalq artistini elə inandırıcı səslə dublyaj edir ki, hətta Nəsibə xanım özü də öz səsini ayırd edə bilmir. Filmdə həm Nəsibə xanımın, həm də Qorxmaz Əlilinin səsindən istifadə olunub. Verilən əməyə baxmayaraq, bu filmin adı kino tariximizə qızıl hərflərlə yazılmadı. O böyük uğur qazanmadı və yalnız bir neçə dəfə nümayiş etdirildi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4218

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21