Müxtəlif xalqların insanı şok edən milli ayaqqabıları
02 iyun 2023 16:07 (UTC +04:00)

Müxtəlif xalqların insanı şok edən milli ayaqqabıları

Hər xalqın lap qədimdən özünəxas geyim üslubu olub. Krassovkalar hamımızı rahatlığa alışdırıb. Amma ayaqqabılar həmişə rahatlıq üçün geyinilməyib. 

Lent.az müasir insanı öz görünüşü ilə heyrətləndirən qədim və qəribə ayaqqabılardan bəhs edir.

XVII əsrdə Livada geyinilən kabkabı adlı ayaqqabılar

 

XVIII əsrdə Fransada saray əyanı arasında dabanlı çini ayaqqabılar geymək dəb idi. Bu ayaqqabıları adətən insanlar öz sevgililərinə bağışlayırdılar.

Okobo adlanan sandalları Yaponiyada əsasən geyşalar geyinirdilər. Geyşalığa yeni başlayan qızların okoboları daha hündür olurdu.

Ördəkburun adlanan bu ayaqqabılar VIII əsrdə Fransada dəb idi. Məsələ modada deyildi. Fransa kralı Karlın ayağında 6 barmaq olduğu üçün belə geyinirdi. Saray əyanları da onu yamsılamalıydılar.

Çopin adlanan ayaqqabını tək geymək mümkün deyildi. Çopin uzun geyimin altından geyinilir, xanımın ucaboylu görünməsinə xidmət edirdi.

Xuaraçi meksikalıların ayaqqabısı idi. İndi qaçmağı sevənlər üçün müasir xuaraçilər istehsal olunur.

Tsaruxi yunan mədəniyyətinə aiddir. XIX əsrdə dəbdən düşüb.

Qədim farsların qaloşu belə idi. Əldə toxunurdu.

Qeta deyilən ayaqqabıların bir və ya 2 dabanı olurdu. Paltar yerə toxunub çirklənməsin deyə icad olunmuşdu.

Dziki tabi deyilən ayaqqabılar Yaponiyada indi də var.

Varadzi deyilən bu sandallar samandan hazırlanırdı. Yakudzalar bu ayaqqabını 1-2 gün geyinib atırdılar. Barmaq yerə dəyməliydi ki, qaçmaq asan olsun.

Hollandların indi də sevərək geyindikləri klompen taxtadan hazırlanır

İspan mədəniyyətindən  abarkaslar - 3 kabluku olurdu.

Monqolların qutal adlı bəzəkli çəkmələrinin bir tayı olurdu. Onu hər qadın öz ərinə uyğun şəkildə bəzəyirdi.


 

Pattenləri orta əsrlərdə ayaqqabıları çirklənmədən qorumaq üçün geyinirdilər. Yeriyəndə cırıldayan bu ayaqqabılar müasir buz patenlərinin ulu babasıdır.

 

Qədim türklər mal dərisindən çarıq geyinərdilər.

# 2787
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar