Müşviq Şahverdiyev və “Cinemazadeh” haqqında qərar verildi - Uduzan kim oldu?
15 may 2023 10:03 (UTC +04:00)

Müşviq Şahverdiyev və “Cinemazadeh” haqqında qərar verildi - Uduzan kim oldu?

Bir müddət öncə film istehsalçısı “Cinemazadeh” şirkəti aktyor Müşviq Şahverdiyevi məhkəməyə vermişdi.

Tərəflər arasındakı mübahisəyə səbəb şirkətin aktyora film çəkilişləri üçün avans ödəməsi, film çəkilmədiyinə görə, verdiyi pulu geri tələb etməsi olub.

Lent.az-ın xəbərinə görə, Müşviq Şahverdiyev bildirib ki, sözügedən şirkət  2019-cu ildə 3 film üçün ona 25 min manat avans ödəyib. Üç filmdən heç birinin yarısı çəkilməyib. Onun başqa layihələrdə yer almağına icazə verməyiblər.

Müşfiq Şahverdiyev bu müddət ərzində filmlərə çəkilməməsi səbəbilə aldığı maddi ziyanın əvəzi olaraq həmin vəsaiti qaytarmaq istəməyib. Başqa sözlə bildirib ki, bu müddət ərzində şirkətin tələbi ilə heç bir filmdə çəkilməyib. Aldığı avansı da, çəkdiyi zərərin kompensasiyası hesab edir və buna görə, geri vermir.

Mayın 12-də Bakı Kommersiya Məhkəməsinin verdiyi qərara əsasən, aktyor şirkətə uduzub.
Müşfiq Şahverdiyev bildirib ki, onun əlində olan əsaslı faktlara baxmayaraq, hakim Ülkər Həsənova ədalətsiz qərar verib.

 “Bu ədalətsizliyi edib insanların gözünə necə baxırlar mən bilmirəm. Cəfərçik, (“Cinemazadeh” şirkətinin direktoru Cəfər Axundzadə) bununla məsələ bitmədi. Mən apellyasiya şikayəti verəcəm və növbəti dəfə işimizə daha ədalətlə baxılacaq. Buna inanıram”, - deyə o qeyd edib.

# 3057
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar