Məşhur aktyor “sevgilisi”  Ajda Pekkanı   niyə tanımadı?
12 may 2023 14:24 (UTC +04:00)

Məşhur aktyor “sevgilisi” Ajda Pekkanı niyə tanımadı?

Lent.az  “Ömrün bir anı” rubrikasında məşhurların həyatından maraqlı məqamları təqdim edir.

Bu gün Türkiyənin 77 yaşı olmasına baxmayaraq, hər zaman gənc və təravətli müğənnisi Ajda Pekkanla mərhum aktyor Sadri Alışık arasında baş verən maraqlı bir hadisə barədə məlumat verəcəyik.

Yeşilçamda “Kendini arayan adam” filminin çəkilişlər başlayır. Filmdə baş rollarda o zaman artıq müğənni kimi populyarlaşmış Ajda Pekkan və dövrünün ən sevilən aktyorlarından olan Sadri Alışık sevgili obrazlarını oynamalıymışlar. Adətən filmlər çəkilərkən aktyor heyəti bir-biri ilə qaynayıb-qarışır, çox mehriban günlər keçirirlər. Çəkilişlər başa çatana qədər hər kəs dost olur, xoş münasibətlər yaranır. Lakin Ajda Pekkan filmin aktyor heyətinə çox soyuq davranır. Öz roluna növbə çatanda kameralar önünə keçib, çəkiliş başa çatan kimi otağından çıxmırmış.

Həftələrlə davam edən çəkilişlər zamanı Sadri Alışık nə qədər çalışsa da, sevgilisi rolunu oynayan Ajda Pekkanla ssenaridən kənar bir kəlmə kəsə bilmir. Bu onu çox incidir. Aktyor çox can atsa da, aktrisa kimsəyə yaxınlaşmır.

Filmin çəkilişləri sona çatır. Ajda Pekkan otağından çıxır, rejissorla birlikdə bütün kollektivin qarşısında hər kəsə əməkdaşlıq üçün təşəkkür edir. Sadri Alışığa üzünü tutub “Sadri bəy, sizinlə işləmək çox xoş idi. Xanımınıza da məndən salam deyin” deyəndə Sadri Alışık guya Ajda Pekkanı tanımırmış kimi laqeydliklə cavab verir: “Deyərəm, xanım əfəndi. Kimdən salam deyim? Tanıya bilmədim sizi”.

Bu cavabdan sonra sənətkarlar uzun müddət küsülü qalırlar. Lakin növbəti filmdə yenidən sevgili rolunu oynamaq üçün bir araya gələndə, Ajda Pekkan aralarındakı buzları əridir və komandaya isti münasibət göstərir.


 

# 1797
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar