Keçmiş "Bihter" yeni “Bihter” barəsində nələr dedi?
11 may 2023 17:32 (UTC +04:00)

Keçmiş "Bihter" yeni “Bihter” barəsində nələr dedi?

Məlum olduğu kimi, məşhur “Aşkı memnu” serialının bədii film versiyası çəkilir.  Bədii filmdə Bihter rolunda Farah Zeyneb Abdullah, Firdevs hanım rolunda Hande Ataizi oynayır.

Lent.az-ın xəbərinə görə, serialda Bihter obrazını sevdirə bilmiş Beren Saat yeni filmlə bağlı fikirlərini paylaşıb.

“Farahın  istedadına heyranam. əminəm ki, o da bu rolu sevdirəcək. Amma bizi müqayisə eləmək lazım deyil. Bədii filmdə əsrin əvvəllərindəki dönəm əks etdiriləcək. Farah bambaşqa bir Bihter kimi qarşınıza çıxacaq. Ona uğurlar arzu edirəm”, - o bildirib.
 

Bədii filmdə Firdevs  xanım rolunu canlandıran Hande Ataizi isə bildirib ki, serialda eyni rolu oynamış Nebahat Çehredən xeyir-dua alıb.

“Nebahat xanım bu rola damğasnı vurub. Ondan sonra Firdevs xanımı oynamaq qəhrəmanlıq sayıla bilər. Ümid edirəm, tamaşaçı bu filmi və mənim rolumu da qəbul edəcək”.

Nebahat Çehre isə öz növbəsində Hande Ataizininin bu rolun öhdəsindən gələ biləcəyinə əmin olduğunu deyib.

# 2019
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar