“Fəth etmədiyim qala qalmayıb” - Engin Altan Düzyatan
15 may 2023 13:39 (UTC +04:00)

“Fəth etmədiyim qala qalmayıb” - Engin Altan Düzyatan

Engin Altan Düzyatan həmkarı Ulas Tuna Astepe birlikdə “Barbaroslar” adlı serialda qardaş rolunda çəkilmişdilər.

Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, bu günlərdə qatıldığı televiziya proqramlardan birində film çəkilişlərindəki maraqlı anlar barədə danışan Engin Altan Düzyatan deyib: “Ərtoğrul rolumdan üzü bu yana döyüşə-döyüşə gəlirəm. Fəth eləmədiyim qala qalmayıb”.

“Ulas Tuna Astepe bizə yeni qoşulmuşdu. Növbəti qalanın fəthi səhnəsi çəkiləcək. Baxdım ki, Ulas Tuna çox həyəcanlıdır, var gəl edir, əlləri titrəyir. Yaxınlaşdım, soruşdum ki, bu sənin ilk qalandır? O da hə, qardaş dedi. Sonra çaşqınlıqla bir-birimizə baxıb qəhqəhə çəkdik. İlk qala nə demək idi? Mən özümü əməlli-başlı fateh kimi aparırammış. O qədər at çapmışam ki, artıq avtomobil sürəndə çaşıram. Qaza basmaq yerinə “ dəh-dəh” deyirəm”, - o, qəhqəhə çəkib.


 

# 1530
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar