“Evdən çölə buraxmırıq”   - Ənvər Həsənovdan YENİ XƏBƏR
11 may 2023 13:52 (UTC +04:00)

“Evdən çölə buraxmırıq” - Ənvər Həsənovdan YENİ XƏBƏR

Xalq artisti Ənvər Həsənovdan xəbər var.

Aktyorun qızı Aytən Həsənova Lent.az-a bildirib ki, atası müalicələrini davam etdirmədiyi üçün yeriməkdə çətinlik çəkir.

“İnadkar adamdır. Onu müalicə etmək, xəstəxanada saxlamaq asan məsələ deyil. Əsas problem ayaqlarındadır. Tez-tez qıc olur deyə evdən çölə buraxmırıq. Heç çörək almağa da çıxa bilmir. Həyət evində oluruq. Hərdən düşüb həyətdə bir az gəzişir, yenə evə qayıdır.

Yuxusu pozulub, yata bilmir. Gərək yenidən müalicəyə başlayam. Çox üşüyür. Nə zaman soruşsan, üşüdüyünü deyir. Görünür, iltihabi proses başlayıb”, -  o bildirib

# 1767
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar