Ən qorxulu və ən iyrənc FİLM:  1 milyona çəkilib 1 milyard qazandırdı
13 may 2023 13:33 (UTC +04:00)

Ən qorxulu və ən iyrənc FİLM: 1 milyona çəkilib 1 milyard qazandırdı

2004-cü ildə çəkilmiş “Mişar” (Saw) qorxu filmi bütün dövrlərin ən çox gəlir gətirən filmləri sırasındadır. Bu film prokata buraxıldığı vaxtdan bu günə qədər 990 milyon dollar (2021-ci ilin hesabatına əsasən) gəlir gətirib. Film ekranlara çıxdıqdan sonra onun yeni seriyaları da çəkilməyə başlayıb. Lakin ilk filmin çəkilişləri çox maraqlı olduğu üçün məhz onun barəsində danışacağıq.

Lent.az-ın məlumatına görə, filmin çəkilişləri üçün yaradıcı heyət cəmi 1 milyon dollar toplaya bilmişdi. Bu büdcəyə həm aktyorların qonorarları, həm film çəkmək üçün avadanlığın alınması, həm də texniki işlərin görülməsi (musiqi, dekorasiya və.s) daxil idi.

Büdcə az olduğu üçün bütün kadrlar bir otağın içində çəkilib. Hətta filmdə avtomobillərin bir – birini qovması kadrları da studiyada çəkilib. Rejissor işıqları oynatmaq, tüstü effekti vermək və ən nəhayət avtomobilləri yerində yırğalamaqla onların sürətlə hərəkət etməsi effektini yaratmışdı.  

Film cəmi 18 günə çəkilib. Aktyorlar bir- iki dubla məşq etmədən oyun nümayiş etdirirdilər. Çox zaman onlara məşq etdikləri deyilir, amma əslində həmin anlar kameralara alınırdı. Bu daha təbii oyun əldə etmək üçün idi. Rejissor Ceyms Van filmin əsas qorxunc qəhrəmanı olan kuklanı öz əlləri ilə hazırlamışdı.

Rejissor qorxu səhnələrindəki bütün anların öz uşaqlıq kabusları olduğunu söyləmiş, öz xatirələri əsasında çəkmişdi.

Bu film öncə yalnız qorxulu videçarx kimi nəzərdə tutulmuşdu. Lakin sonradan Hollivuda ayaq açmaq arzusu rejissorun lentləri film formatına salmasına səbəb oldu.

BBC-nin apardığı anket sorğusuna görə, bu film bütün dövrlərin ən qorxunc və iyrənc səhnələri olan filmidir. Filmdə aktyorların bağırsaqlarının yerə töklüməsi, pornoqarafik səhnələr çox dəhşətli olduğuna görə, sonradan kəsilib.

Bir otağın içində, heç bir çöl çəkilişi olmadan 1 milyon qoyub, 1 milyarda yaxın vəsait əldə etmək əlbəttə kino tarixində ən böyük qələbələrdən biri sayılmalıdır.

# 2757
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar