Əməkdar artist toyda təsadüfən öz baldızı ilə yatan kişinin sirrini açdı
27 noyabr 2023 14:58 (UTC +04:00)

Əməkdar artist toyda təsadüfən öz baldızı ilə yatan kişinin sirrini açdı

Lent.az “Ömrün bir anı” rubrikasında Əməkdar artist, klarnet Ustası Vaqif Mirzəyevin  toyda başına gələn məzəli hadisələri təqdim edir.

Hər dəfə rayona toya gedəndə gəlin gətirmə mərasimindən qorxduğunu deyən musiqiçi bildirib ki, adətən köhnə maşında otururmuş ki, sürücü sürətlə sürməsin:

“Adətən gəlin maşınları karvanlarında gənclər şuluq salırdılar deyə, köhnə maşına minirdim. Rayonlardan birində toyda idik. Gəlin gətirmək üçün musiqiçilərə köhnə bir “Volqa” ayırdılar. Sürücü də yaşlı bir kişi idi. Sevindim ki, maşın da köhnə, sürücü də köhnə. Bütün maşınlar yola düşdü. Bizim avtomobil işə düşmür, mühərrik dayanıb. Cavan bir oğlan açarı aldı əlinə ki, maşını işə salsın. Sükanın arxasından yanımda dayanmış qoca sürücüyə dedi ki, “ ay dayı, maşın “sekret”ə düşüb, sekreti de, işə salım. Kişi dinmədi. Cavan oğlan  da bir-iki dəfə cəhd edib, təkrar-təkrar kişiyə eyni sözü deyir. Mən də axır səbr etməyib dedim ki, a kişi de də. Camaat orda bizi gözləyir. Kişi əlini atıb şapkasının üstündən başını qaşıdı. Astadan qulağıma dedi. A Vaqif, mən  cavanlıqdan arvaddan gizlin baldızımı saxlayıram, indi bunu açıb deməliyəm ki, maşın işə düşsün? Kimsə gəlin gətirəcək deyə, evim yıxılmalıdı?” Qəhqəhə çəkdim, başa saldım ki, “sekret” deyəndə onun şəxsi sirrini nəzərdə tutmurlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 76974

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21