Əməkdar artist əməliyyat olundu: vəziyyəti...
11 may 2023 11:07 (UTC +04:00)

Əməkdar artist əməliyyat olundu: vəziyyəti...

Kinorejissor, aktyor, Əməkdar artist Elxan Qasımov əməliyyat olunub və vəziyyəti ağırdır.

Bu barədə Lent.az-a onun qızı məlumat verib.

Bildirilib ki, kinorejissor aorta damarında yırtıq (aorta disseksiyası) əmələ gəldiyi üçün əməliyyat edilib. Hazırda reanimasiyadadır, vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.

 O, özəl xəstəxanaların birində müalicə alır.

Kinorejissorun qızı Mədəniyyət Nazirliyinin məsələni diqqətdə saxladığını, hətta nazirliyin nümayəndəsinin hazırda xətəxanada olduğunu bildirib.

Elxan Qasımovu azərbaycanlı tamaşçılar "Əhməd haradadır" filmindəki sürücü Əhməd rolu ilə yaxşı xatırlayırlar.

# 2532
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar