Dünya şöhrətli aktrisa vəfat etdi
09 avqust 2022 11:24 (UTC +04:00)

Dünya şöhrətli aktrisa vəfat etdi

Məşhur “Grease” filmi ilə tanınan aktrisa və müğənni Oliviya Nyuton Con vəfat edib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 73 yaşlı aktrisa süd vəzi xərçəngindən dünyasını dəyişib. 

Aktrisa əsasən 1978-ci ildə çəkilmiş və baş rolunu Con Travolta ilə paylaşdığı “Briolin” filmi sayəsində şöhrət qazanmışdı. 

Ümumilikdə, Oliviya dörd “Grammy” mükafatı qazanıb və Qızıl Qlobus mükafatına da namizəd olub.

Bundan əlavə, sənətçi 1974-cü ildə Eurovision Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmiş və dördüncü yeri tutmuşdu.

# 2880
avatar

Oxşar yazılar