“Avroviziya” təmsilçilərimiz fanatları ilə görüşdü  - FOTO
10 may 2023 21:21 (UTC +04:00)

“Avroviziya” təmsilçilərimiz fanatları ilə görüşdü - FOTO

“Avroviziya” təmsilçilərimiz Liverpulda fanatları ilə görüşüblər.

Lent.az APA-ya istinadla xəbər verir ki, Azərbaycanın  "Avroviziya"dakı təmsilçiləri TuralTuranX bugün “Eurovillage” fan zonasında çıxış ediblər. Onlar “Tell Me More” adlanan  mahnıları ilə yanaşı digər mahnıları ifa ediblər.

Azərbaycanın 2011-dəki “Avroviziya” təmsilçisi Eldar Qasımov da səhnədə onlara qoşulub. O, daha sonra 2011-dəki müsabiqəyə qatıldığı “Running Scared” mahnısını ifa edib.

Daha sonra Tural və Turan Bağmanov qardaşları həm azərbaycanlı, həm də xarici fanatları ilə görüşüb, onlarla şəkil çəkdiriblər.

# 2295
avatar

Oxşar yazılar