“Avroviziya-2023”ün səhnəsi quruldu –  Belə görünəcək
02 fevral 2023 19:16 (UTC +04:00)

“Avroviziya-2023”ün səhnəsi quruldu – Belə görünəcək

“Avroviziya-2023” beynəxalq mahnı müsabiqəsinin səhnə görüntüləri yayılıb.

Lent.az-ın məlumatına görə, müsabiqənin rəsmi hesabında müsabiqənin keçiriləcəyi səhnənin şəkilləri paylaşılıb.

450 kvadratmetlik səhnəəsasən mavi rənglə işıqlandırılacaq. Bu səhnə Azərbaycanda keçirilmiş yarışmanın səhnəsini xatırladır. Azərbaycanda səhnə alov rənglərini əks etdirirdi.

“Avroviziya-2023” bu il Britaniyanın Liverpul şəhərində “Musiqi ilə birləşmə" ("United by Music") şürı altında keçiriləcək.

Müsabiqədə ötən il birinci yeri Ukrayna qazansa da, müharibə səbəbindən ev sahibliyini Britaniya edəcək.

Mayın 9-u və 11-də müsabiqəsinin yarımfinalları, mayın 13-də isə finalı keçiriləcək.

# 1917
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar