“Avroviziya 2023”: İsveçin Bakıdakı uğuru 11 ildən sonra təkrarlandı - YENİLƏNİB  - FOTO
14 may 2023 03:11 (UTC +04:00)

“Avroviziya 2023”: İsveçin Bakıdakı uğuru 11 ildən sonra təkrarlandı - YENİLƏNİB - FOTO

“Avroviziya 2023” mahnı müsabiqəsinin qalibi müəyyənləşib.

Lent.az xəbər verir ki, Liverpulda keçirilən yarışmada İsveç təmsil edən müğənni Lorin tatu mahnısı ilə qalib olub.

O, tamaşaçılar və münsiflər heyəti tərəfindən ümumilikdə 583 xal toplayıb.

Qeyd edək ki, Lorin 2012-ci ildə Bakıda keçirilən “Avroviziya 2012”də də "Euphoria" mahnısı ilə qalib olmuşdu.

***

Saat 02:21

Azərbaycan “Avroviziya 2023” mahnı müsabiqəsinin finalında səsvermədə iştirak edib.

Lent.az xəbər verir ki, ölkəmiz ən yüksək 12 xalı İsrailə verib.

Azərbaycanın digər ölkələrə verdiyi xallar isə ardıcıl olaraq aşağıdakı kimidir:

İsveç (10);

Albaniya (8);

İspaniya (7);

İtaliya (6);

Avstraliya (5);

İsveçrə (4);

Finlandiya (3);

Ukrayna (2);

Estoniya (1).

Mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Nərmin Salmanova təqdim edib.

***

Saat 01:38

Liverpulda keçirilən “Avroviziya 2023” mahnı müsabiqəsinin finalında səsvermə başlayıb.

Lent.az xəbər verir ki, finalda 26 ölkənin nümayəndəsi iştirak edir.

Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Estoniya, Polşa, Avstraliya, Litva, Ermənistan, Sloveniya, Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri finalda iştirak edir.

Artıq çıxışlar yekunlaşıb və səsvermə keçirilir.

Müsabiqənin qalibi tamaşaçılar və peşəkar münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyənləşəcək.

"Avroviziya-2023" mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni İctimai Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Nərmin Salmanova edəcək.

Aparıcı yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək.

Qeyd edək ki, Azərbaycanı təmsil edən TuralTuranX dueti finala keçmək üçün lazımi səsləri toplaya bilməyib.

# 4176
avatar

Oxşar yazılar