"Avatar" yenidən nümayiş etdirildi, 30 milyon qazanc gətirdi
27 sentyabr 2022 18:01 (UTC +04:00)

"Avatar" yenidən nümayiş etdirildi, 30 milyon qazanc gətirdi

Məşhur “Avatar” filmi yenidən kinoteatrlarda nümayiş etdirilməyə başlayıb və 30 milyon qazanc gətirib. Təkcə ABŞ-da filmin baxışı kassalara 10 milyon dollar toplayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dünya mqyasında 2,85 milyard dollar qazanmaqla bu film bütün zamanların ən gəlirli filmi olaraq siyahılarda birinci yerdə dayanır.

Sentyabrın 23-25-də ABŞ-da ən çox izlənən filmlər siyahısında 1 milyon dollarla “Minyonlar- Grunun yüksəlişi”, 1,6 milyon dollarla “Meverick”, 1,8 milyon dollarla “ Super heyvanlar liqası”, 1,8 milyon dollarla “Sui-qəsd qatarı”, 1,9 milyon dollarla “Qaçanlara baxın” , 1,9 milyon dollarla “Perl”, 4,8 milyon dollarla “Barbarlar”, 10 milyon dollarla “Avatar” liderlik edirlər.
 

# 1653
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar