Al Paçino Conni Deppin filmində çəkiləcək
11 may 2023 17:14 (UTC +04:00)

Al Paçino Conni Deppin filmində çəkiləcək

“Oskar” mükafatı laureatı Al Paçino Conni Deppin lentə aldığı “Modi” adlı bioqrafik filmdə çəkiləcək.

Lent.az-ın məlumatına görə, film italiyalı rəssam Amedeo Modilyaninin həyatına həsr olunub.

Film rəssamın həyatındakı 2 maraqlı gündən bəhs edir. Rəssam 1916-cı ildə Parisdən qaçmağa hazırlaşır, lakin gizli kolleksioner onun planlarını pozur.

Filmin çəkilişlərinə sentyabr ayında başlanılacaq. Çəkilişlər Macarıstanda baş tutacaq.

Al Paçino hazırda Morqan Frimanla birlikdə “Ovçular” filminin final bölümünə çəkilir. “Modi” Coni Deppin rejissor kimi ikinci ekran işi olacaq.

# 1242
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar