Qələbə Gününə həsr olunmuş festival-müsabiqə elan edildi
17 aprel 2020 11:29 (UTC +04:00)

Qələbə Gününə həsr olunmuş festival-müsabiqə elan edildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 9 May - Qələbə Günü festival-müsabiqəsi elan edib.

Lent.az  xəbər verir ki, bir turdan ibarət müsabiqə fortepiano, xalq çalğı, simli, nəfəs alətləri, gitara, xanəndə, vokal, estrada oxuma və rəsm ixtisasları üzrə Bakıda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdləri arasında 3 yaş qrupu üzrə (I qrup – 8-11 yaş, II qrup – 12-14 yaş, III qrup – 15-17 yaş) keçirilir.

İştirakçılar ifa müddəti 5 dəqiqəyə qədər olan bir əsərlə festival-müsabiqəyə qatila bilərlər. Müsabiqə zamanı konsertmeyster çətinliyi nəzərə alınır. İştirak haqqında ərizələr məktəb rəhbərliyi tərəfindən aprelin 28-dək [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır.

Müsabiqə ilə bağlı ətraflı məlumat üçün (+994) 50 355-08-49 mobil telefonu ilə əlaqə saxlamaq olar.

Göstərilən vaxtdan gec daxil olan sənədlər qəbul edilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2179

Oxşar yazılar

Zurab Sereteli

Xalq rəssamı VƏFAT ETDİ

22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə  verildi

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi

21 aprel 2025 , 17:53
 Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm

Sevgi haqqında deyilmiş 7 aforizm

20 aprel 2025 , 19:23
 Xəstəliklərinə görə   kariyeralarını bitirən ULDUZLAR

Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR

20 aprel 2025 , 11:07
Dahilərdən yumor  haqqında 10 aforizm

Dahilərdən yumor haqqında 10 aforizm

18 aprel 2025 , 18:24