Operada “Sevgi şərbəti”
25 noyabr 2019 12:44 (UTC +04:00)

Operada “Sevgi şərbəti”

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, tamaşada  Opera və Balet Teatrının aparıcı solistləri – Azərbaycanın əməkdar artistləri İnarə Babayeva (Adina), Fərid Əliyev (Nemorino), Cahangir Qurbanov (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara) və başqaları iştirak ediblər.

Opera Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev tərəfindən idarə edilib.

Görkəmli italyan bəstəkarı Q.Donisetti İtaliya opera sənətinin ənənələrini davam etdirərək 65 opera tamaşasının musiqisini ərsəyə gətirib. Onun yaradıcılığının ən parlaq dövrü XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bəstəkara dünya şöhrəti qazandıran “Sevgi şərbəti” operası da məhz bu illərdə yaranıb. Opera çox qısa müddətdə - cəmi iki həftə ərzində yazılıb və ilk dəfə 1832-ci ildə Milanda səhnəyə qoyulub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında opera 2013-cü ildə tamaşaya qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2223

Oxşar yazılar

Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına  hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

25 iyul 2025 , 20:15