“Qarabağ triosu” bu dəfə Danimarkada
Səfər barədə Lent.az-a danışan Mənsum İbrahimov bildirib ki, onlar Kopenhagendə keçiriləcək 11-ci WOMEX (World Music Expo) – dünya etnik musiqiləri üzrə beynəlxalq sərgidə iştirak edəcəklər: “Müxtəlif ölkə təmsilçilərinin qatılacağı bu sərgidə Azərbaycan ilk dəfə gedir. Orda iştirak üçün minlərlə ərizə daxil olmuşdu. Gözləmədiyimiz anda bizə cavab gəldi ki, festivala seçilmişik. Təbii ki, çox sevindik. Çünki bu sərgi – festival dünyaca məşhurdur”.
Xanəndənin sözlərinə görə, festivalda həmişəki kimi “Qarabağ triosu” adı altında çıxış edəcəklər. Trioya xalq artisti Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) daxildir. Artıq festivalın proqramı da hazırdır.
M. İbrahimov onu da deyib ki, hazırda sərgi təşkilatçıları tərəfindən CD hazırlanır. CD-də hər ölkə təmsilçilərinin ifaları toplanacaq və sərgi iştirakçılarına paylanacaq. Albomda Azərbaycanın “Qarabağ triosu”nun ifasında “Qarabağ şikəstəsi” yer alacaq.
11-ci WOMEX (World Music Expo) – dünya etnik musiqiləri üzrə beynəlxalq sərgi oktyabrın 26-dan 30-a qədər baş tutacaq.
Xəyalə Muradlı

Oxşar yazılar

Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23