Ermənilərin növbəti oğurluğu – - FOTO
Azərbaycan mədəniyyəti və musiqisinin ermənilər tərəfindən özününküləşdirilməsi prosesi davam edir. APA-nın məlumatına görə, bu dəfə incəsənət oğrusu rolunda Ermənistanı “Eurovision-2009” müsabiqəsində təmsil etmiş İnqa və Anuş bacılarıdır.
APA-ya təqdim olunan video-çarxda bacıların Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında çəkilmiş eyni adlı filmdəki hamam səhnəsində ifa olunan mahnıya çəkdikləri klip yer alıb. Azərbaycana məxsusluğu bütün dünya tərəfindən qəbul olunan filmdəki bu mahnı erməni musiqisi kimi təqdim olunur. Bacılar bu mahnıya erməni dilində sözlər də yazdırıblar. Onların ifasında bu mahnı “Yerevan, Yerevan” adlanır.
Elə həmin video-çarxda bacıların növbəti təxribata da yol verdikləri məlum olur. Azərbaycanın milli rəqsi olan “Naz eləmə”ni də özününküləşdirlən İnqa və Anuş bu musiqimizə də erməni dilində sözlər yazdırıblar. Video-çarxdan da göründüyü kimi, bacılar oğurladıqları mahnıya klip də çəkiblər. Mahnını isə “Yerevancan” sözləri ilə bitirirlər.
Qeyd edək ki, video-çarx Azərbaycan internet istifadəçiləri tərəfindən hazırlanıb.

Oxşar yazılar

Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34