TÜRKSOY Opera Günləri başlayır
İyunun 19-dan 29-a qədər Türkiyənin Mersin və İstanbul, Şimali Kipr Türk Respublikasının Girnə şəhərlərində XIV TÜRKSOY Opera Günləri yenidən operasevərlərin görüşünə gələcək.
Konsertlərin 22 iyunda Mersində, 24-26 iyunda Girnədə və 28 iyunda İstanbulda təşkil olunması planlaşdırılır. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, Tatarıstanın məşhur şairi Abdullah Tukayın doğumunun 125 illik yubileyinə həsr olunmuş builki tədbirlərə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Krım (Ukrayna), Xakasiya, Şimali Kipr, Başqırdıstan (Rusiya Federasiyası), Tatarıstan (Rusiya Federasiyası), Qaqauz Yerindən (Moldova) 13 sənətçi qatılacaq. TÜRKSOY Baş Katibliyi tərəfindən təşkil olunacaq tədbirdə Azərbaycan opera sənətini Akademik Opera və Balet Teatrının solisti İlahə Əfəndiyeva təmsil edəcək. İlahə Əfəndiyeva 2005-ci ildən adı çəkilən teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olub.
Xatırladaq ki, TÜRKSOY opera günləri 1994-cü ilin fevralında türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısında qəbul olunmuş qərara əsasən keçirilir. TÜRKSOY xətti ilə hər il Türkiyədə keçirilən bu Beynəlxalq opera sənəti festivalında türkdilli ölkələr olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Xakasiya (Rusiya Federasiyası), Şimali Kipr, Başqırdıstan (Rusiya Federasiyası), Tatarıstan (Rusiya Federasiyası), Qaqauz Yerindən (Moldova) opera ifaçıları səhnə alır. Tədbirdə tanınmış bəstəkarların məşhur opera ariyalarından parçalar da səslənir.
Xəyalə

Oxşar yazılar

14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16