Zəlimxan Yaqub Bakıya qayıdıb
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Almaniyadakı müalicəsini başa vuraraq, Vətənə qayıdıb. Z.Yaqub Lent.az-a bildirib ki, hazırda özünü normal hiss edir və müalicəsi ev şəraitində davam etdirilir: “Qorxulu bir şey yoxdur, onlar geridə qaldı. Şükür Allaha, özümü pis hiss etmirəm, ağrılarım keçib. Amma çox zəifəm. Bundan sonra orqanizmim yenidən güclənməlidir. İtirdiyim enerjini və qanı bərpa etmək lazımdır”.
Xalq şairi bildirib ki, burada da həkim nəzarəti altındadır. Hazırda evdə dincələn sədr bir həftədən sonra işinin başına dönməyi düşünür: “Hələ ki ancaq evdəyəm. Heç yerə çıxmıram. Ancaq həyətdə bir az gəzişirəm. Bir həftəni yalnız dincəlmək, enerji toplamaq istəyirəm. İnşallah, bir həftədən sonra işimin başına qayıdacağam. Amma işə çıxanda da gərək güclü çıxım, Zəlimxan Yaqub kimi”.
Xatırladaq ki, Zəlimxan Yaqub mayın 3-dən Almaniyanın Hannover şəhərindəki xəstəxanada müalicə olunurdu. Şair ora böyrəyindən qanaxma keçirdiyinə görə aparılmışdı.
Xəyalə Muradlı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11