“Üzeyir işığında” kitabının təqdimatı olub
Lent.az-ın məlumatına görə, tədbir açan ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə dahi Üzeyir Hacıbəyliyə həsr olunmuş “Üzeyir işığında” kitabını yüksək sənətkarlıqla yazılmış nadir kitab kimi dəyərləndirib. Bildirib ki, bəstəkar Sərdar Fərəcov musiqişünas kimi elmi yaradıcılığının böyük hissəsini məhz Üzeyir Hacıbəyli irsinə həsr edib: “Uzun illərdir ki, Üzeyir bəy irsinə dair yeni tapıntıları, mətbuatda dahi bəstəkarla bağlı hər hansı bir xəbəri Sərdar Fərəcovun təqdimatında oxumuşuq. “Üzeyir işığında” kitabı da məhz həmin mətbuat səhifələrindəki məqalələrdən ibarətdir. Müəllif vurğulayıb ki, toplanmış əlyazmalar içərisində nadir sənət nümunələri - esselər, resenziyalar, müxtəlif əsərlər haqqında bəstəkarın düşündükləri neçə illərdən sonra da çox dəyərli və aktualdır. Tapılmış əlyazmalar içərisində vaxtilə radioda səsləndirilmiş, sonralar yaddan çıxmış “Qu nəğməsi” radio pyesi, bəstəkarın öz əli ilə məhv etdiyi güman olunan “Şeyx Sənan” operasından üç musiqi parçası, vaxtilə yazılmış “Ər və arvad” librettosu və ona aid üç musiqi parçası, 1920-ci illərdə yazılmış “Milli marş”, “Azərbaycan marşı” və s. nadir əlyazmalar var”.
Daha sonra çıxış edən əməkdar incəsənət xadimi, bəstəkar Rauf Əliyev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professorları İmruz Əfəndiyeva, Zemfira Qafarova və başqaları kitabın akademiyada dərs vəsaiti kimi tədris olunması təklifini irəli sürüblər.
Tədbirdə Bakı Musiqi Akademiyasının professorları Ülviyyə Hacıbəyova və Yeganə Axundova bəstəkarın musiqilərindən parçalar ifa ediblər.
Sonda Sərdar Fərəcovun ssenarisi əsasında rejissor Tahirə Hüseynovanın ərsəyə gətirdiyi və Üzeyir Hacıbəyliyə həsr edilmiş “Əbədi iftixarımız” sənədli filmi nümayiş olunub.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11