Breyn-rinq oyunu üzrə Yubiley Kuboku keçirildi
Lent.az-ın məlumatına görə, Breyn-rinq çempionatı Xəzər İntellektual Gənclər Klubunun 10 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən biri olub. Turnir Bakı Dövlət Universitetinin akt zalında gerçəkləşib.
Turnirdə Xəzər İntellektual Gənclər Klubunun komandaları ilə yanaşı, digər klublardan olan bilicilər də iştirak edib. Breyn-rinq turnirinin suallarını klubun ən güclü komandalarından biri olan “Diplomat” komandası hazırlayıb. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda turnirin qalibinin adı açıqlanıb. “Turan” komandası birinciliyi qazanıb. Gümüş medal “Cihad”, bürünc medal isə “SVU” komandasına qismət olub.
Qaliblər AMEA-nın Kitab Mərkəzi tərəfindən təqdim olunmuş və yeni redaksiyada nəşr edilən Azərbaycan Ensiklopediyası ilə mükafatlandırılıblar.
Xəzər İntellektual Gənclər Klubu yeni layihə çərçivəsində klublarda iştirakçıların sayını daha da genişləndirməyi və oyunları intensivləşdirməyi planlaşdırır. Layihə 2011-ci ilin sonuna qədər davam etdiriləcək.
Xəyalə

Oxşar yazılar

Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00