Litvadakı tələblərimiz “Azərbaycan Kino Gecəsi” keçirib – FOTO
Litva Respublikasında təhsil alan Azərbaycan tələbələri Kaunas şəhərində “Azərbaycan Kino Gecəsi” adlı tədbir keçiriblər.
Lent.az-ın məlumatına görə, 50 nəfərdən çox yerli və xarici tələbənin, o cümlədən müəllim-professor heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə “Odlar Yurdu Təşkilatı”nın Litvadakı nümayəndəsi tələbə Samir Musayev açıb. O, gələn qonaqlara öz təşəkkürünü bildirib.
Çıxışdan sonra tələbələrimiz Azərbaycan kino sənətinin tarixinə həsr olunmuş qısa təqdimat ediblər. Təqdimatdan sonra isə beynəlxalq film festivalları üçün çəkilmiş, altyazısı ingilis dilində olan qısametrajlı “Ev” və “Düyün” filmləri nümayiş olunub. Filmlər arasındakı fasilədə isə qonaqların Azərbaycan milli şirniyyatlarını dadmağa fürsətləri olub. Sonda isə gələn qonaqlara ölkəmizin milli ornamentlərini özündə əks etdirən hədiyyələr təqdim edilib.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Litva Respublikasındakı Səfirliyi və “Odlar Yurdu Təşkilatı”nın maddi və təşkilati dəstəyi ilə keçirilən Azərbaycan film sənətinə həsr olunmuş gecə qonaqların zövqünü oxşayıb.
Qeyd edək ki, sözügedən ölkədə təhsil almaq üçün Heydər Əliyev Fondu ilə Litva dövləti arasında bağlanmış müqaviləyə əsasən 20 nəfərə yaxın tələbə 2010-cu ilin sentyabr ayından buraya göndərilib. Onların bir qismi Vilnüs şəhərində, digərləri isə Kaunas şəhərindədir.

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11