Yazıçı-publisist Oqtay Əliyevin yubileyi qeyd olunub
06 iyun 2011 11:12 (UTC +04:00)

Yazıçı-publisist Oqtay Əliyevin yubileyi qeyd olunub

Lent.az-ın məlumatına görə, ictimai-siyasi xadimlərin, alim və yazıçıların iştirak etdiyi tədbirdə yazıçı-publisist Oqtay Əliyevin həm keçdiyi ömür yolu, həm əsərlərinin təhlili, həm də onun ictimai-siyasi fəaliyyətinə nəzər salınıb. Tədbiri giriş sözü ilə açan “Təzadlı Dünya” kitabının redaktoru və on sözün müəllifi Məmməd Əlizadə bildirib ki, Oqtay Əliyev yazılarında, hekayə və zəngin bədii irsində ədəbi janrların bütün növlərində qələmini sınayıb: “O, satira və yumorla yanaşı sarkazmdan geniş istifadə edərək mənəviyyatsızlar, yaltaqlar və ikiüzlülərlə mübarizəni daha sərt, daha amansız aparmağı bacaran qələm sahibi kimi geniş oxucu kütləsi qazana bilib”.


Fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov Oqtay Əliyevin çox şaxəli yaradıcılığını analitik təhlil edərək göstərib ki, yazıçı müasir antipodları orijinal deyim tərzi ilə tənqid edərək onların əsl simasını oxuculara çatdırmağı bacarıb.


Daha sonra şair Ədalət Əsgəroğlu, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri kulturoloq Aydın Xan (Əbilov), “Azərbaycan Məktəbi” jurnalının baş redaktoru Nəcəf Nəcəfov, “Vedibasar” qəzetinin baş redaktoru, “Sevgi” dərgisinin təsisçisi və baş redaktoru, şairə Nəsibə İsrafilqızı, yazıçı Nazim Tapdıqoğlu, “Mərhəmət Elçisi” jurnalının baş redaktoru Şakir Əhmədli, Əşrəf Məmmədov, Əli Həsənov və digərləri çıxış ediblər.
# 725

Oxşar yazılar