«Mürafiə vəkilləri» komediyasının çəkilişlərinə başlanıb - FOTO
Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin görkəmli mütəfəkkir Mirzə Fətəli Axundovun 2012-ci ildə 200 illik yubileyinin keçirilməsi haqqında sərəncamı çərçivəsində həyata keçirilir. Tamaşanın çəkilişləri AzTV-nin “Qarabağ” studiyasında aparılır. Meydanda qurulan tamaşanın dekorasiyasında Təbrizin 19-cu əsrin ortalarına xas panoramı əks olunub.
“Mürafiə vəkilləri”nin quruluşçu rejissoru, xalq artisti Ramiz Həsənoğlunun sözlərinə görə, tamaşanın 1-ci, 2-ci, 3-cü pərdələrində müəyyən predmet dəyişiklikləri baş verəcək: “Yarı şərti elementlər meydana çıxacaq. Biz bu üsuldan “Günahsız Abdulla” tamaşasında istifadə etmişik. Bundan başqa, ssenaridə də dəyişikliklər var. “Mürafiə vəkilləri”nin 1-ci və 2-ci pərdələri paralelləşdirilib, proloq və epiloq, şerlər əlavə olunub”.
O xatırladıb ki, Azərbaycan Televiziyası son 30 ildə ilk dəfədir, M.F. Axundovun yaradıcılığına müraciət edir: “Ötən əsrdə «Aldanmış kəvakib», «Hekayəti-Vəziri-Xani-Lənkəran”, hətta, deyəsən, “Hacı Qara” teletamaşaları çəkilmişdi. Lakin təəssüf ki, həmin teletamaşaların lentləri qalmayıb. “Mürafiə vəkilləri” Axundovun AzTV-nin klassik əsərlər fonduna daxil olacaq ilk teletamaşasıdır”.
“Mürafiə vəkilləri”ndəki Səkinə xanım obrazını gənc aktrisa Dəniz Tacəddin canlandırır. Digər əsas rollarda Səyyar Rüstəmov (Əzizbəy), Ramiz Əzizbəyli (Ağamərdan), Dilarə Əliyeva (Zeynəb), Mətanət Ağakişiyeva (Zübeydə), Tofiq Hüseynov (hakimi-şər), Azər Mirzəyev (Hacı Rəcəbli), Loğman Kərimov (Ağa Salman), Məhərrəm Bədirzadə (Ağakərim) çəkilirlər. Epizodlarda Ağaxan Salmanov, Elman Rəfiyev, Mətləb Abdullaeyv, Azad Şükürov, Vahid Əliyev, Elxan Məmmədov, Ceyhun Dadaşov və digərləri iştirak edirlər.
Teletamaşanın ssenari müəllifləri Ramiz Həsənoğlu və İlham Rəhimlidir. Tamaşaya musiqini bəstəkar Ramiz Mirişli yazıb, mahnıların mətni Fikrət Qocanındır.
“Mürafiə vəkilləri”nin çəkilişinin iyunda başa çatması nəzərdə tutulub. Daha sonra tamaşanın montaj işləri davam etdiriləcək.
Lalə Yusifqızı

Oxşar yazılar

14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16