Azərbaycan musiqisi Berlin Filarmoniyasında səsləndi
Konsert Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Neft Şirkətinin dəstəyi, Azərbaycan Milli Musiqi Şurasının, Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.
Mədəniyyət və Turizm NAzirliyindən Lent.az-a verilən məlumata görə, konsertdən öncə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qonaqları salamlayıb. O bildirib ki, 93 il əvvəl qurulmuş, dövrünün qadınlara siyasi hüquqlar verilməsi kimi ən qabaqcıl liberal ideyalarına söykənən Azərbaycan Xalq Cümhuriyyəti İslam və türk dünyasında ilk dünyəvi dövlət olub. Son 10 ildə Almaniya və Azərbaycan arasında münasibətlərin genişləndiyini deyən səfirin sözlərinə görə, həmin əlaqələrdə mədəniyyətin payı az deyil. P.Şahbazovun sözlərinə görə, Azərbaycan elə bir ölkədir ki, burada musiqi hər bir insanın həyatının bir parçasına çevrilib.
AFR xarici işlər naziri Kornelia Piper və Litvanın Almaniyadakı səfiri Mindauqas Butkus da salamladıqdan sonra konsert başlayıb.
Dirijor Azad Əliyevin rəhbərliyi altında Litva Milli Simfonik Orkestri, solo ifaçılar Fərhad Bədəlbəyli (fortepiano) və Sergey Krılov (skripka) Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranı ifa ediblər. Bundan əlavə, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın ərəb mövzularında orkestrlə fortepiano üçün konserti, Qara Qarayevin “İldırımlı yollarla” baletindən süita və fortepiano ilə orkestr üçün konserti səslənib. Musiqiçilərin ifasından vəcdə gələn tamaşaçılar onları uzun müddət səhnədən getməyə qoymayıblar.
Xəyalə Muradlı

Oxşar yazılar

14 ildə ilk dəfə: Ancelina Coli Kann film festivalına qar kimi ağ paltarda qatıldı
18 may 2025 , 09:35
Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16