Fidan Hacıyevadan daha bir ilk
Azərbaycan musiqiçiləri sırasında ilk dəfə olaraq əməkdar artist Fidan Hacıyeva İtaliyanın Rimini şəhərinin opera səhnəsində çıxış edəcək. Lent.az-ın məlumatına görə, bu barədə sənətçi mətbuat konfransında deyib.
O bildirib ki, iyunun əvvəllərində yenidən İtaliyaya gedəcək və budəfəki səfəri məhz İtaliyanın opera səhnəsində Puççininin “Sour Angelica” operasında əsas partiyanı ifa etməkdir. İtaliyanın Rimini şəhərinin opera səhnəsində çıxış edəcək ilk azərbaycanlı ifaçı da məhz Fidan Hacıyeva olacaq: “Bütün səylərim sayəsində istəklərimə, arzularıma çatıram. Mən ən böyük arzularımın reallaşacağından da əminəm, çünki bu potensialı özümdə görürəm. İnşallah La-Skaladan da sizləri salamlayacağam. Buna artıq daha da yaxınam və bunun üçün əlimdən gələni edirəm. İtaliyan dilini öyrənmişəm və artıq bu dildə səlis ifalar edə bilirəm. Çox sevinirəm ki, Azərbaycanın musiqi təhsili İtaliyada belə yüksək qiymətləndirilir. İlk vaxtlar italyan dilində ifalar çətin olsa da, artıq bu, adət halını alıb və çox asanlaşıb. Bu operanın da öhdəsindən gələcəyimə inanıram”.
Sözügedən opera iyunun 17-dən 26-a kimi baş tutacaq. İlk əvvəl Rimini şəhərində keçiriləcək, daha sonra Katolika, Fano, Pesaro, Bologna, Cesena, Forli, Cento şəhərlərində də olacaq.
F. Hacıyeva İtaliya səhnəsində çıxışından da çox xoşbəxt olduğunu dilə gətirib: “İtaliya səhnəsinə çıxmaq və o səhnəni fəth etmək hər bir ifaçının ən ümdə arzusudur. Bu arzum həyata keçdiyi üçün çox xoşbəxtəm”.
Xəyalə Muradlı

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27