İtaliyada “Muğam - Azərbaycanın müqəddəs musiqisi” diski çıxıb
Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın zəngin musiqi nümunələrinin Avropada təbliğinin genişləndirilməsi məqsədi daşıyan layihə çərçivəsində artıq birinci – “Muğam - Azərbaycanın müqəddəs musiqisi” – diski işıq üzü görüb. İtaliyanın Turin şəhərində Şərq İncəsənəti Muzeyində “Darbar” adı altında konsert proqramı zamanı diskin təqdimatı da keçirilib.
Diskə geniş səs diapazonuna malik tanınmış xanəndə Qoçaq Əsgərovun ifasında “Zabul”, “Segah” dəstgahı, “Bayatı Şiraz” muğamı və təsnifi, “Mahur” muğam kompozisiyası, “Dilkeş” muğamı və iki xalq rəqs havası daxil edilib. İfalar lentə alınarkən bütün müasir muğam ansambllarının özəyini təşkil edən kamança, tar, qaval, balaban və nağara kimi milli musiqi alətlərimizdən istifadə olunub.
Xəyalə

Oxşar yazılar

Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00