Azərbaycanlı sənətçilər Latviya tamaşaçılarını ağladıblar
Bu barədə Lent.az-a konsertin prodüseri Emin Musavi məlumat verib. Latviyanın musiqili şəhəri olan Liepanın (Lepaya) 70 nəfərlik Dövlət Simfonik Orkestri, Azərbaycanın əməkdar artisti Yalçın Adıgözəlov və “Qarabağ” triosu - Azərbaycanın xalq artisti, xanəndə Mənsum İbrahimov, əməkdar artistlər, tar ifaçısı Elçin Həşimov və kamança ifaçısı Elnur Əhmədov Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini muğamla birlikdə Latviya tamaşaçılarına təqdim edib: “Konsert anşlaqla keçib. Latviya izləyicisi və orkestrin hər bir musiqiçisi bizim əsərləri böyük məmnuniyyətlə dinləyərək ifa edib. Tamaşaçılar təəssüratlarını bölüşərək bildiriblər ki, muğam qeyri-adi musiqidir, insanı sağaldır və ruhunu təmizləyir. Buna inanmaq çətindir, amma bəzi anlarda bizim simfonik musiqimiz və muğamımız səslənəndə nəinki həmyerlilərimizin, həmçinin Latviya dinləyicisinin də gözündə yaş görünürdü”.
Konsert haqqında ölkə KİV-ində məlumat yayılıb. Şəhərin 70-ə yaxın məntəqəsində, avtobus dayanacaqlarında simfonik konsert haqqında məlumatı əks etdirən 2 metrlik reklam lövhələri yerləşdirilib. Konsert Azərbaycanın Latviyadakı səfirliyinin, Latviyanın Azərbaycandakı səfirliyinin, Latviyadakı "Ocaq" Azərbaycan mədəniyyəti mərkəzinin və Roman Əliyevin, RSTA təşkilatının rəhbəri Adıgözəl Məmmədovun, “Airbaltic” aviaşirkətinin dəstəyi ilə baş tutub. Latviyada keçirilən simfo-muğam konsertinin prodüseri Emin Musavidir.
Lalə Yusifqızı

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11