Venesiyada Azərbaycan pavilyonunun rəsmi açılışı olacaq
Bu biennale dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər bir sərgi-aksiyasıdır. Hazırkı toplantıda rekord olaraq 100-ə yaxın ölkə öz pavilyonları ilə iştirak edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 54-cü Venesiya Biennalesində Azərbaycan pavilyonunun rəsmi açılışı 2011-ci il iyun ayının 1-də olacaq.
54-cü Venesiya Biennalesinin mövzusu “İlluminations”, yəni “Millətlərin işığı”dır. 54-cü Venesiya Biennalesinin kuratoru vəzifəsinə dünya miqyasında tanınmış sənətşünas Bice Kuriqer təyin olunub. Azərbaycan artıq üçüncü dəfədir ki, Venesiya Biennalesinə qatılır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi milli pavilyonunun komissarı İncəsənət muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir. Bu il Azərbaycan pavilyonu “Relations of Baku” şüarı altında çıxış edəcək. Venesiya Biennalisində əsərləri sərgilənəcək sənətkarlar arasında Altay Sadıxzadə və Mikayıl Əbdürrəhimov da var.
Xəyalə

Oxşar yazılar

Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00