“Azərbaycanın gözəllikləri – xarici jurnalistlərin gözü ilə”
Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 20-ci il dönümü və 28 may – Respublika günü münasibəti ilə Aktau şəhərindəki baş konsulluğumuz tərəfindən silsilə tədbirlər çərçivəsində Aktau şəhərinin “RENEISSANSE-Aktau” otelində “Azərbaycanın gözəllikləri – xarici jurnalistlərin gözü ilə” fotosərginin rəsmi açılış mərasimi təşkil olunub.
Baş konsulluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sərgidə Qazaxıstan Respublikasının Manqistau vilayətinin hakimiyyətinin rəsmi şəxsləri, Aktau şəhər ictimaiyyət nümayəndələri, tanınmış elm və incəsənət xadimləri, Manqistau vilayətində fəaliyyət göstərən digər millətlərin diaspora təşkilatlarının rəhbərləri, Azərbaycanlıların “Dostluq” Milli-Mədəni Cəmiyyətinin üzvləri, azərbaycanlı tələbələr, mərkəzi və yerli kütləvi informasiya vasitələri nümayəndələri ilə yanaşı iştirak ediblər.
Tədbirə Azərbaycan Xarici İşlər Nazirliyinin, Azərbaycan Dövlət Neft Akademiyasının, Azərbaycan Dövlət Neft Şirkətinin rəsmiləri də qatılıblar. Fotosərgidə Qazaxıstan Respublikası Jurnalistlər İttifaqının üzvü, Manqistau vilayətin aparıcı qəzetlərindən olan “Lada” qəzetinin müxbiri Nataliya Zadereskayanın Azərbaycana səfəri zamanı Bakı şəhərinin tarixi abidələri, təbiəti, xalq sənətkarlığı və Azərbaycanın müasir həyatına həsr olunmuş fotoşəkillər nümayiş etdirilib.
Azərbaycan-Qazaxıstan Dostluq cəmiyyətinin rəhbəri professor Eldar Günaydın fotoların müəllifi Nataliya Zadereskayanın Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğu tərəfindən təşkil olunmuş səfəri haqqında məlumat verib və bu sərginin Manqistau vilayət ictimaiyyəti tərəfindən Azərbaycan və azərbaycanlılar haqqında daha çox məlumat almaq imkanı yaratdığını bildirib. Daha sonra Qazaxıstan Respublikası Rəssamlar İttifaqının üzvü, Aytbay Kulbay və Aktau şəhərində yerləşən İncəsənət Qalereyasının rəhbəri, tanınmış incəsənət xadimi Vladimir Kovalyev çıxış edib. O, fotosərginin Aktau şəhərinin mədəni həyatında önəmli bir hadisə olduğunu vurğulayıb.
Sərgi mayın 28-ə qədər davam edəcək.

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11