“Sənin adın Dənizdir” – FOTO
Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun Lent.az-a verdiyi məlumata görə, musiqisi ilə yanaşı librettosu da F.Əlizadəyə məxsus olan “Sənin adın Dənizdir” xarici ölkənin opera və balet teatrının sifarişi ilə yazılan ilk Azərbaycan operasıdır. Operada amerikalı gənc rəssam Denislə okeanın o tayından anası ilə qastrola gəlmiş azərbaycanlı gənc xanəndə Seymurun məhəbbətindən və bu sevginin etnik, dini fərqlərin yaratdığı problemlərin öhdəsindən gələ bilmək qüdrətindən bəhs olunur.
Dəniz və Seymurun məhəbbəti iki musiqi cərəyanı vasitəsilə təqdim edilir. Dənizin partiyasını hyustonlu soprano Lora Botkin, atasını amerikalı bariton Con Pakkard, Seymurun partiyasını istedadlı gənc xanəndə Babək Niftəliyev, anasını isə xalq artisti Mələkxanım Əyyubova ifa edib. Onları müşayiət edən orkestrin tərkibində Azərbaycan ifaçıları xalq artistləri tarzən Möhlət Müslümov, kamança ustası Fəxrəddin Dadaşov da olub. Bəstəkar Firəngiz Əlizadənin müasir dövrün musiqisini muğamımızla məharətlə sintez etməsi tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb və ayaq üstə alqışlanıb.
Elə Amerika mətbuatı da Firəngiz Əlizadənin üslubundan bəhs edərək, onun Şərqin modal sistemi ilə Qərbin bəstəkar texnikasının cəsarətlə sintez etdiyini vurğulayıb: “Bu, bəstəkarın Şərqlə Qərbin mədəniyyətlərarası dialoquna növbəti böyük uğuru və qiymətli hədiyyəsidir”.
Premyeradan dərhal sonra yerli “Houston Chronikle” qəzetində opera barədə Firəngiz xanıma xitabən “Sizin adınız Qərblə Şərqin simvoludur” sərlövhəli geniş məqalə dərc olunub.
Qeyd edək ki, dünyaca məşhur “Houston Grand Opera”nın səhnəsində “Your Name Means the Sea” operasının premyerasının növbəti premyerası mayın 26-da nəzərdə tutulub.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11