“Qarabağ triosu” Riqada
Sənətçilər Latviya simfonik orkestrinin müşayiəti ilə Riqada möhtəşəm konsert proqramı ilə çıxış edəcəklər.
Mənsum İbrahimovun Lent.az-a verdiyi məlumata görə, “Azərbaycan simfomuğamı” adlı konsert proqramı mayın 29-da Latviya Dövlət Filarmoniyasında baş tutacaq. Konsert Azərbaycanın Latviyadakı və bu ölkənin Azərbaycandakı səfirlikləri, “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzi və Riqanın RST qurumu tərəfindən təşkil olunub: “Konsert 28 may – Respublika gününə və müstəqilliyimizin 20 illiyinə həsr edilib. Konsertdə “Qarabağ triosu” olaraq Latviya simfonik orkestrinin müşayiəti ilə çıxış edəcəyik. “Rast”, “Şur” simfonik muğamları, “Kor ərəbi”, “Qarabağ şikəstəsi” də daxil olmaqla zəngin bir proqramımız var. Konsert proqramı muğam və simfonik musiqinin vəhdətini özündə birləşdirəcək”.
Konsertin dirijoru əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur. Trioya xalq artisti, Mənsum İbrahimov, əməkdar artistlər Elçin Həşimov (tar) və Elnur Əhmədov (kamança) daxildir.
M. İbrahimov bildirib ki, artıq Riqada küçələrdə və avtobuslarda konsertin plakatları asılıb, internet saytlarda elanları yerləşdirilib.
Xatırladaq ki, “Azərbaycan simfomuğamı” layihəsi xalq artisti Siyavuş Kəriminin ideyası ilə ilk dəfə 2007-ci ildə gerçəkləşdirilib. Simfonik musiqi ilə Azərbaycan muğamının sintez şəklində təqdim edən bu layihə indiyədək İzmirdə, Minskdə, Kiyev və Londonda təqdim olunub. Layihənin məqsədi Azərbaycan muğamının Avropada təbliğini genişləndirməkdir.
Xəyalə Muradlı

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26