Amerikalı mütəxəssislər “Eurovision-2012”yə arena tikintisi üçün Bakıdadır - EKSKLÜZİV
Lent.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, həmin şirkət müsabiqənin keçirilmə məkanı üçün mümkün variantları nəzərdən keçirir və layihə hazırlayır.
Hazırda əsas variant kimi Dövlət Bayraq Meydanında ən azı 20 min nəfərlik üstüörtülü arenanın tikintisi gündəmdədir. Lakin ehtiyat variant qismində müsabiqənin Tofiq Bəhramov adına Respublika stadionunda təşkili də istisna deyil. Artıq mərkəzi arenanın sənədləri “Eurovision-2012”nin təşkilat komitəsindədir.
Təşkilat Komitəsi Dövlət Bayraq Meydanı variantında israrlı olsa da, bu layihənin reallaşmasında bəzi problemlər yaranıb. Bunlar ərazinin kiçikliyi, avtomobil dayanacaqları üçün sahənin kifayət qədər olmaması, arenanın tutumunun gözlənilən tamaşaçı sayından azlığı, tikinti işlərini həyata keçirmək üçün vaxt darlığıdır.
Bu baxımdan, Respublika stadionunun imkanları genişdir. Mərkəzi arena hazırda 30 min tamaşaçı tutumuna malikdir. Stadionu, üzərində rekonstruksiya işləri aparmaqla, 40 min nəfərlik də etmək olar. Digər tərəfdən, idman qurğusunun ərazisi kifayət qədər böyükdür. Gələn ilin mayında keçiriləcək müsabiqəyədək bu arenanın təhvil verilməsində də problem yoxdur.
Qeyd edək ki, bir neçə gün öncə gənclər və idman naziri Azad Rəhimov “Eurovision-2012” üçün 3 variantın olduğunu bildirib. O, Tofiq Bəhramov adına Respublika stadionu və Dövlət Bayraq Meydanı ilə yanaşı, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin də adını çəkib. A.Rəhimov İdman-Konsert Kompleksinin tamaşaçı tutumunun 10 min nəfərə çatdırılacağını deyib. Lakin Avropa Yayım Birliyi müsabiqənin ən azı 20 min tamaşaçı tutumuna malik arenada keçirilməsini istəyir. Bu səbəbdən, sonuncu variantdan imtina olunub.
Elşən MƏMMƏDOV

Oxşar yazılar

Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00