
Azərbaycan mədəniyyət və incəsənət ustaları San-Fransiskoda
Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən Lent.az-a verilən məlumata görə, San-Fransiskonun məşhur teatr salonlarından biri olan “Cowel” Teatrında iki hissəli konsert proqramı ilə çıxış edən incəsənət ustalarımızı tamaşaçılar ayaq üstə alqışlayıblar. “İki dünya” adlanan proqram, istedadlı caz-pianoçu Emil Əfrasiyaboğlunun fortepianoda ifası üzərində qurulub. O, məşhur Azərbaycan melodiyalarının müasir caz interpretasiyası və milli folklor muğamının sintezini nümayiş etdirmək məqsədilə ölkənin aparıcı musiqiçilərini (caz və milli musiqi ifaçıları) öz ətrafına toplayıb. Tədbir zamanı instrumental musiqi və xanəndələrin ifasında milli muğamla yanaşı, xalq mahnıları səslənib, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında valehedici Azərbaycan milli rəqsləri nümayiş olunub.
Xatırladaq ki, Azərbaycan mədəniyyət və incəsənət ustaları bundan öncə ABŞ-ın Hyuston, Los-Anceles, Santa-Monika şəhərlərindəki konsert proqramları ilə çıxış ediblər.
Xəyalə
Xatırladaq ki, Azərbaycan mədəniyyət və incəsənət ustaları bundan öncə ABŞ-ın Hyuston, Los-Anceles, Santa-Monika şəhərlərindəki konsert proqramları ilə çıxış ediblər.
Xəyalə
Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27