Vaqif İbrahimoğlu vəfat etdi
Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib. Lent.az-ın məlumatına görə, V.İbrahimoğlu öz evində dünyasını dəyişib. Məlumatı “Yuğ” Dövlət Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov Lent.az-a təsdiqləyib.
E.Cəfərovun bildirib ki, ilkin məlumata görə, V.İbrahimoğlu ilə vida mərasimi sabah Teatr Xadimləri İttifaqının binasında keçiriləcək.
Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1967-ci ildə AzDMİİ-nin dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışıb. 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən «YUG» Teatrının bədii rəhbəri vəzifəsində çalışıb (1992-ci ildə “Yuğ” Teatr-Studiyası dövlət statusu alıb). Vəfat edənə qədər “Yuğ” Dövlət Teatrının baş rejissoru kimi yaradıcı fəaliyyətini davam etdirib. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, AzDMİU-nun dosenti idi. 2006-cı ildə Prezident mükafatına layiq görülüb.
Vaqif İbrahimoğlu “Yuğ” Teatrında 1989-cu ildən bu günə qədər 90-a yaxın tamaşaya quruluş verib.
Onun quruluş verdiyi son tamaşa Dövlət Akademik Dram Teatrında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası olub.
Allah rəhmət eləsin.
Xəyalə Muradlı

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26