Latviya Respublikasının birinci xanımı İçəri Şəhərlə tanış olub
İlk öncə qonaq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyəti və İçəri Şəhərdə abidələrin bərpası sahəsində görülən işlər barədə məlumatlandırılıb. İdarədən Lent.az-a verilən məlumata görə, xanım qonağın gəzintisi dünya əhəmiyyətli abidə olan “Şirvanşahlar Sarayı Kompleksi” ilə tanışlıqdan başlayıb, qonağa Kompleksə daxil olan abidələrin hər birinin tarixi haqqında qısa məlumat çatdırılıb.
Birinci xanım Azərbaycan mətbəxinin nümunəsi olan təndir çörəyinin hazırlanması prosesini izləyib və təzə bişmiş təndir çörəyinin dadına baxıb.
Lilita Zatlere Azərbaycanın məşhur rəssamı Tahir Salahovun İçəri Şəhərdə yerləşən emalatxanasında olub və rəssamla görüşüb. Tahir Salahov qonağa emalatxanada olan rəsm əsərlərini, foto şəkilləri nümayiş etdirib və xatirə hədiyyələri təqdim edib.
Elektromobillərlə davam edən gəzinti zamanı Qonağa İçəri Şəhərin əsas giriş qapısı olan Qoşa Qala Qapıları və Qoşa Qala Qapıları meydanı barədə informasiya verilib.
Xanım Zatlere ölkəmizin ən möhtəşəm abidələrindən olan, bir neçə min illik tarixə malik Qız Qalası və burada yenicə başlamış bərpa və muzey konservasiyası işləri barədə məlumatlandırılıb. Qız Qalasının baxış meydançasına qalxan birinci xanım buradan şəhərə açılan mənzərəni seyr edib.
Sonda Lilita Zatlere İçəri Şəhərin Fəxri Qonaqlar Kitabında öz ürək sözlərini və xoş təəssüratlarını qeyd edib.

Oxşar yazılar

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27