“Aşıq Qərib” dastanı erməni nümunəsi kimi təqdim olunub
Bu dəfə “Aşıq Qərib” dastanı ermənilərin hədəfinə tuş gəlib. Azərbaycan folklorunun ən tanınmış nümunələrindən olan “Aşıq Qərib” dastanı UNESCO-nun qeyri-maddi irs siyahısına erməni nümunəsi kimi təqdim olunub.
Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Muzey Mərkəzində keçirdiyi mətbuat konfransındakı çıxışı zamanı deyib. Nazir bildirib ki, bu faktla dünən UNESCO-nun rəsmi saytında qarşılaşıb: “Bizim xalqa məxsus olan bu dastan erməni nümunəsi kimi UNESCO-nun qeyri-maddi irs siyahısına daxil olunması üçün təqdim edilib. Ermənilər bu hərəkətlərini hələ də davam etdirirlər. Azərbaycan ictimaiyyəti və mətbuatı bu məsələdə ayıq-sayıq olmalıdır. Bu, yalnız bir nazirliyin öhdəsindən gələ biləcəyi iş deyil. Bunu ictimaiyyətin təhlilinə, geniş müzakirəyə çıxarmaq lazımdır”.
Ə. Qarayev qeyd edib ki, bu faktla bağlı UNESCO-ya rəsmi müraciət ünvanlanacaq.
Xəyalə MURADLI

Oxşar yazılar

Sevgi təhlükəli olanda: qısqanclıq və qəddarlıq haqqında 5 film - VİDEO
16 may 2025 , 17:38
Şeyxin müavini Mirmehdi Ağaoğlunun "Həcc Gündəliyi"ndən YAZDI
16 may 2025 , 12:13
Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26