“Azdrama” tamaşaçıların üzünə açıldı
Lent.az-ın məlumatına görə, teatr təmirdən sonra ilk premyerasını təqdim etdi. Bu, yazıçı-dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasının yeni quruluşda əsaslı bərpası ilə hazırlanan “Qarabağnamə” tamaşasıdır. Tamaşanın nümayişindən əvvəl mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edərək Azərbaycan teatrının böyük ənənəyə malik olduğunu deyib.
Nazir son illər Azərbaycanda teatr sahəsində aparılan islahatlardan da danışıb. O qeyd edib ki, ölkənin mədəniyyət ocaqları yenidən qurulur və hazırda bir neçə teatr binasında təmir işləri davam edir: “Akademik Dram Teatrı ənənəyə sadiq qalaraq bu teatr mövsümünü İlyas Əfəndiyevin tamaşası ilə açıb. Ümid edirəm ki, teatr bu ənənəyə sadiq qalacaq və teatr xadimləri bu tamaşanı Şuşada göstərəcəklər”.
Nazirin çıxışından sonra “Qarabağnamə” tamaşası nümayişi başlayıb. Premyerada baş nazirin müavini Elçin Əfəndiyev, Türkiyədə müalicədən yenicə dönən Yaşar Nuri və ölkənin digər tanınmış şəxsləri də iştirak edib.
Yeni versiyada səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarları Polad Bülbüloğlu, Vasif Adıgözəlov, rejissor assistentləri Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.
Rollarda İlham Əsgərov (İbrahim xan), Məsmə Ağaverdiyeva (Ağabəyimağa), Rafiq Əzimov (Axund Mirmöhsün ağa), Firəngiz Mütəllimova (Tubu xanım), Vəfa Rzayeva (Səltənətbəyim), Kazım Həsənquliyev (Əbülfət xan), Sabir Məmmədov (Saday bəy), Ramiz Məlik (Cavad xan), Əli Nurzadə (Kəlbəli xan), Hacı İsmayılov (Məhəmməd xan), Anar Heybətov (Hüseynqulu xan), Ramiz Novruz (Sisyanov) və başqaları iştirak edir.
Qeyd edək ki, tamaşanın ikinci heyətlə nümayişi isə martın 11-də olacaq.
Xəyalə Muradlı

Oxşar yazılar

Qan donduran 10 serial: Manyaklar, qatillər... - VİDEO
15 may 2025 , 19:46
2026-cı ildə gözlənilən ən yaxşı qorxu filmləri
15 may 2025 , 16:46
Məşhur türk rejissor VƏFAT ETDİ
15 may 2025 , 14:26
Sizi güldürəcək 8 komediya serialı
15 may 2025 , 13:16
Koroğlu kimmer, Dədə-Qorqud skif tayfasından olub - Həsən Həsənovun kitablarının təqdimatından REPORTAJ
14 may 2025 , 18:26
“Avroviziya 2025” başladı - CANLI
13 may 2025 , 23:03
Toto Kutunyo 35 il əvvəl "Avroviziya" qalibi olanda necə görünürdü? - VİDEO
13 may 2025 , 15:39