Orxan Pamuk Milli Kitab Mükafatının təqdimetmə mərasiminə dəvət olunub
Dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Orxan Pamuk gələn ilin yazında keçiriləcək Milli Kitab Mükafatının (MKM) təqdimolunma mərasiminə dəvət olunub. Lent.az-ın məlumatına görə, bu barədə Bakı Slavyan Universitetinin tələbələri ilə keçirdiyi görüşdə MKM-in təsisçisi Nigar Köçərli bildirib.
Layihə barədə tələbələrə məlumat verən N.Köçərli gəncləri fəal olmağa, müsabiqədə yaxından iştirak etməyə səsləyib: “Milli Kitab Mükafatına dövlət orqanlarından və nüfuzlu şirkətlərdən dəstək alaraq onu reallaşdırırıq. Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Azercell”, “Azərsun”, “Qarant Sığorta” şirkətləri layihənin icrasında bizə böyük dəstək verirlər. Layihənin əsas şərtlərindən biri odur ki, Azərbaycan vətəndaşları iştirak etməlidirlər. Vətəndaşlığı olmayan şəxslər isə mütləq Azərbaycan dilində yazmalıdırlar”.
Tədbirdə çıxış edən Münsiflər Heyətinin üzvü, “525-ci qəzetin” baş redaktoru Rəşad Məcid bildirib ki, Milli Kitab Mükafatının təsis olunması ədəbi ictimaiyyətdə geniş rezonans doğurub.
Daha sonra çıxış edən millət vəkili, yazıçı Vaqif Səmədoğlu da müsabiqənin əhəmiyyətindən danışıb: “Bizim xalq yazan xalqdır. Kimisi mənim kimi, kimisi də qəhrəmanım Moşu kimi yazır. Amma hamımızı bir sual narahat edir: sən nə üçün yazırsan? Düşünürəm ki, Milli Kitab Mükafatı bu suala cavab verir. Buna görə çox sevinirəm. Qaliblərə pul mükafatından başqa, yüz min manatlıq sığorta da olunacaq. Hər birimizin belə bir sığortaya ehtiyacımız var. Əgər münsiflər heyətində təmsil olunmasaydım məmnuniyyətlə yazımı müsabiqəyə təqdim edərdim”.
V.Səmədoğlu münsiflər barəsində mətbuatda səslənən fikirlərə də münasibət bildirib: “Mən “Quran”a əl basıb deyə bilərəm ki, obyektiv olacam. Bəyəndiyim yazıya qiymət verəcəm. Münsiflər Heyətində ona görə çox adam olur ki, bu subyektiv rəylər toplansın və obyektiv qərar verilsin”.
Sonda tələbələrin sualları cavablandırılib. Tədbirdə universitetin yaradıcılıq, jurnalistika və filologiya fakültələrinin tələbələri iştirak ediblər.
Mükafatın münsiflər heyətində Azərbaycan Respublikasının Yazıçılar Birliyinin katibi və Pen-klubun sədri Çingiz Abdullayev, “Oskar” mükafatı laureatı, Kinomatoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, Azərbaycan Respublikasının Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, kinorejissor Ramiz Fətəliyev, yazıçı Vagif Səmədoğlu, millət vəkili Rəbiyyət Aslanova, yazıçı, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı, aparıcı Nərgiz Cəlilova, prodüser Balakişi Qasımov və “Muğam” radionun rəhbəri Elnur Baimov kimi nüfuzlu insanlar təmsil olunur.
Milli Kitab Mükafatının bütün respublikanı əhatə etməsi üçün Təşkilat Komitəsi və Münsiflər Heyəti tarixən ədəbi mərkəzlər sayılan Gəncə, Şamaxı, Naxçıvan, Lənkəran, Şəki və Quba şəhərlərində ətraf rayonlardan da dəvət olunacaq ziyalılarla və gənclərlə görüşlər keçirəcək və layihə barədə məlumat verəcəklər. Həmçinin Bakı Slavyan Universitetinin ardınca Bakı Dövlət Universiteti, N. Tusi adına Azərbaycan Pedaqoji Universiteti, Xarici Dillər Universiteti və digər ali məktəblərdə tələbələr qarşısında çıxış edəcəklər.

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11