Naxçıvan Teatrı Əkrəm Əylislinin “Yazığam, sevmə məni” pyesini səhnələşdirir
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı yeni tamaşa səhnələşdirir. Teatrın direktoru, Xalq arttisti Kamran Quliyevin Lent.az-a verdiyi məlumata görə, kollektiv Əkrəm Əylislinin “Yazığam, sevmə məni” pyesinin məşqlərinə başlayıb.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Rövşən Hüseynov, rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur. Əsas rolları Azərbaycan Respublikasının əməkdar artisti Elmira Kərimova, Naxçıvan MR-in əməkdar artistləri Bəhruz Haqverdiyev və Günay Qurbanova edirlər.
Tamaşa Böyük Vətən Müharibəsi illərində arxa cəbhədə baş verən hadisələrdən bəhs edir.
Qeyd edək ki, C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı bu il Anarın “Qaravəlli”, xalq yazıçısı Elçin Əfəndiyevin “Ah Paris…Paris…” əsərlərini tamaşaya qoyub. İlin sonunadək Şamil Sadiqin “Qana qan qarışdı” əsərlərinin də səhnələşdirilməsi planlaşdırılır.
Fariz YUNİSLİ

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55