Filarmoniyada Aşıq Xanlar Məhərrəmovun xatirə gecəsi keçiriləcək
Qeyd edək ki, ozan-aşıq sənətinə ötən yüzilin 70-ci illərində gəlmiş Aşıq Xanlar Məhərrəmov ecazkar solo-saz ifaları və özünəməxsus təkrarolunmaz oxu tərzilə yadda qalıb.
Millət vəkili Qənirə Paşayevanın “Xanların sənət dünyası” adlı maraqlı ön sözü ilə açılan kitabın toplayıb tərtib edənləri şair Bağman Baba, Azər Xanlaroğlu, redaktorları xalq şairi Zəlimxan Yaqub, şair Əkbər Qoşalı, rəyçiləri isə professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı və filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir. “Nurlan” Nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabda sənətkarın sənət dostlarının xatirələri, tanınmış ziyalıların maraq doğuran yazıları ilə yanaşı şairlərin aşığa həsr etdikləri şeirlər də yer alır.
Gecədə tanınmış xanəndələr və sənətkarın sənət dostları, aşıqlar, şairlər, ziyalılar hazırlanmış proqram əsasında çıxış edəcəklər.
Millət vəkili Qənirə Paşayevanın və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbir saat 19-00 da başlayacaq. Maraqlananlar dəvət olunur(giriş azaddır).
Tədbirin informasiya dəstəyi Lent.az-dır.

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11