“Təxəllüsü Mixaylo” vətənə iki mükafatla döndü
Azərbaycan isə iki filmlə təmsil olunub. Bunlar “Yaddaş” studiyasının istehsalı olan “Azərbaycan xalçası” və “Salnamə” kinostudiyasında istehsal edilən “Təxəllüsü Mixaylo” filmləridir.
“Təxəllüsü Mixaylo” filmi festivalda iki mükafata layiq görülüb. "Salnamə" studiyasından Lent.az-a bildiriblər ki, münsiflər heyətinin qərarına əsasən “Təxəllüsü Mixaylo” “yeni tarixi biliyin təqdimatı” mükafatına layiq görülüb. Bununla yanaşı film festival rəhbərliyinin xüsusi diplomunu da qazanıb.
Qeyd edək ki, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 90 illiyinə həsr edilən “Təxəllüsü Mixaylo” filminin rejissoru Tahir Əliyev, məsləhətçisi Gəray Muradov, ssenari müəllifi İntiqam Qasımzadə, operatoru Elşən Həsənoğludur. Film Mehdi Hüseynzadənin həyatı ilə bağlı faktlar və əvvəllər məlum olmayan hadisələr əsasında qurulub, qəhrəmanın keçdiyi şərəfli döyüş yolu bir daha vərəqlənir.
Xəyalə

Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11