600 il yaşı olan “Quran” kitabı nümayiş olunacaq
İdarədən Lent.az-a verilən məlumata görə, sərgidə Qurani-Kərim və təfsir kitabları nümayiş etdiriləcək.
Ekspozisiyada sərgilənən 600 il yaşı olan Quranın vərəqləri tərkibində gümüş olan məhlula salındığından günümüzə qədər təhrif olunmadan gəlib çatıb. Ölçüsü 1 sm olan, dairəvi formada diametri 4 sm olan, səkkiz guşəli Quran kitabları ilə yanaşı üzərində Quran ayəsi yazılmış düyü, lobya da sərgilənəcək. Şeyx Hüseynə məxsus, Naxçıvanda Kəngərlilər sülaləsinə aid olan və Dağlıq Qarabağın işğalı zamanı insanların özləri ilə gətirdikləri Qurani-Kərimlər də sərgidə yer alır. 1908-ci ildə Məhəmməd Həsən Mollazadə tərəfindən Azərbaycan dilinə tərcümə edilən və Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına çap olunmuş Qurani-Kərimi də görmək mümkün olacaq. Təbii fəlakətlərdən, yanğından zərər çəkmədən çıxmış müqəddəs kitablar, düşmənlərdən gizlətmək məqsədi ilə uzun müddət divara hörülmüş Qurani-Kərim də ekspozisiyada var.
10 gün davam edəcək sərgiyə giriş pulsuzdur.

Oxşar yazılar

Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55